Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Növbəti qonağımız rumıniyalı professordur

Növbəti qonağımız rumıniyalı professordur

Qərbi Kaspi Universitetinin Beynəlxalq Yaz Mühazirələri davam edir. Növbəti qonağımız rumıniyalı professor Mihai Burlakudur.

Mihai Burlaku Braşov Transilvaniya Universitetinin Sosiologiya və Kommunikasiya fakültəsinin dosentidir. 2018-2021-ci illərdə Avropa Sosial Antropoloqlar Assosiasiyasının Tətbiqi Antropologiya Şəbəkəsinin Rumıniya üzrə səfiri olub. Onun tədqiqat istiqamətləri ksenotropizm və şəxsiyyətə, Mişel Fukonun “heterotopologiyasının” virtual aləmlərdə tətbiqinə və bütöv praqmatizmə yönəlib. Beynəlxalq Məlumat Bazasında (BDI) və Clarivate/Web of Science reytinqli jurnallarda araşdırmaları dərc edilib. Prof. Burlakunun tədqiqatları müəllifi olduğu üç kitabda öz əksini tapıb: Antropologiyanın elementləri və mədəniyyət fəlsəfəsi, Ksenotropizmin əsasları: Fəlsəfənin elementləri və şəxsiyyət və başqalığın antropologiyası, Ksenotropizm: başqaliğa yaxinliğin yenidən nəzərdən keçirilməsi.

Mühazirə saatları:

29 Aprel, saat 14:00 - Tətbiqi antropologiyanın kontekstuallaşdırılması

30 Aprel, saat 12:10 - Antropoloqlar nə edirlər: Antropologiyadan necə istifadə etmək olar?

1 May, saat 15:50 - Antropoloji təhsildə oyunlaşdirma

2 May, saat 12:10 - Antropologiya və sosiologiyada metodologiya

Kurs ictimaiyyət üçün açıqdır.