Elm və innovasiyalar şöbəsi
ELM ŞÖBƏSİNİN FƏALİYYƏT PLANI
Elm şöbəsinin məqsəd və vəzifələri
Şöbənin əsas məqsədi müəyyən olunmuş istiqamətlərdə elmi fəaliyyətin təşkili və əlaqələndirilməsidir. O cümlədən,
Universitetin ümumi elmi inkişaf proqramlarının həyata keçirilməsi, professor-müəllim heyətinin tədqiqatlarının səviyyəsinin yüksəldilməsi və kafedraların elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi.
Yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına yardım göstərilməsi, magistrant və doktorantların elmi fəaliyyətinin təşviq edilməsi, Universitetin elmi-texniki potensialının inkişaf etdirilməsi.
Şöbənin əsas vəzifəsi müəyyən olunmuş istiqamətlərdə elmi fəaliyyətin həyata keçirilməsidir. O cümlədən,
Universitetin professor-müəllim heyətinin elmi-tədqiqat və elmi-təhsil işlərinin təşkili və koordinasiyasını təmin etmək.
Yüksək ixtisaslı elmi-pedaqoji kadrların elmi fəaliyyətlərini təşkil etmək və həyata keçirmək.
Şöbənin əsas fəaliyyət istiqamətləri
Universitetin ixtisaslarına müvafiq olaraq başlıca elm sahələri üzrə tədqiqatların aparılması;
Elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesinə (mühazirə, məşğələ, laboratoriya dərsləri, kurs və buraxılış işləri, magistr və doktorluq dissertasiyaları) cəlb edilməsi, həmçinin monoqrafiya, elmi məqalə, dərslik, dərs vəsaiti və metodik vəsaitlər şəklində dərc olunması, elmi konfrans və simpoziumlarda məruzə edilərək yayılması;
Elmi tədqiqatların innovasiya xarakteri daşımaqla təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilməsi;
Universitetin professor-müəllim heyətinin elmi-tədqiqat və elmi-təhsil işlərinin təşkili və koordinasiyası;
Elmi nəşrlərin təşkili;
Konfrans və simpoziumların keçirilməsi.
Şöbənin elm, təhsil və innovasiyaların inkişafı üzrə yeni öhdəlikləri
Universitetin innovasiya potensialının inkişafı;
Elm-təhsil-innovasiya kompleksinin iqtisadi və sosial cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil müəssisələri səviyyəsində maliyyələşdirilməsinin qurulması.
Universitetin kafedralarında aparılan tədqiqat işlərinin təkmilləşdirilməsi və praktiki əhəmiyyətinin artırılması;
Universitetin kafedralarının nəzdində elm yönümlü laboratoriyaların yaradılması;
Təhsilin elmi tutumluğunun artırılması;
Texnoloji transferlər üzrə fəaliyyətinin genişləndirilməsi, innovasiyaların mübadiləsinin təşkili, innovasiya fəaliyyətinin stimullaşdırılması.
Şöbənin beynəlxalq elmi əməkdaşlıq sahəsində əsas prioritetləri və vəzifələri
Akademik kadrların mobilliyinin gücləndirilməsi
Beynəlxalq proqram və layihələrdə, konfranslarda iştirak
Xarici mütəxəssisləri qonaq qismində cəlb etməklə mühazirə və vebinarların, onlayn konfransların keçirilməsi
Xarici ölkələrdə stajkeçmə
Tədris və elmi-tədqiqat prosesinə xarici tələbələri və xarici müəllimlərin cəlb edilməsi
Xaricdəki elm mərkəzləri ilə əməkdaşlığını gücləndirilməsi
Universitetin beynəlxalq universitetlərarası assosiasiyalara qəbul edilməsi (məsələn, Association of Silk Road Countries/Universities and Consulting Companies)
Əlaqə
Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A, , Bakı AZ1072 , Azərbaycan