Maliyyə hesabatı
Qərbi Kaspi Universiteti (VÖEN 1700370951) tərəfindən yarandığı tarixdən – 1991-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi hesabatının elektron sənəd formasında göndərilməsi sistemi yaranan tarixədək - 2006-cı ilədək Dövlət büdcəsinə ödənilmiş vergilər və digər məcburi ödəmələr 10 000 000 (on milyon) manata yaxın olmuşdur.Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən vergi hesabatının elektron sənəd formasında göndərilməsi sistemi yaranan tarixdən – 2006-cı ildən 2022-ci ilin sonunadək Qərbi Kaspi Universiteti tərəfindən Dövlət büdcəsinə ödənilən vergilər və digər məcburi ödəmələrin məbləği isə illər üzrə aşağıdakı kimi olmuşdur:
İLLƏR | ÖDƏNİLMİŞ MƏBLƏĞLƏR |
2006 | 359 148.18 AZN |
2007 | 383 714.71 AZN |
2008 | 561 858.71 AZN |
2009 | 729 025.06 AZN |
2010 | 1 231 021.54 AZN |
2011 | 1 138 660.19 AZN |
2012 | 1 103 264.56 AZN |
2013 | 834 059.71 AZN |
2014 | 893 613.81 AZN |
2015 | 862 149.36 AZN |
2016 | 795 822.60 AZN |
2017 | 516 731.37 AZN |
2018 | 686 240.64 AZN |
2019 | 850 281.42 AZN |
2020 | 826 479.55 AZN |
2021 | 896 232.50 AZN |
2022 | 1.538.615 AZN |
CƏMİ: | 12 669 842.50 AZN |
Yəni yarandığı tarixdən – 1991-ci ildən 2022-ci ilin sonunadək Qərbi Kaspi Universiteti tərəfindən dövlət büdcəsinə 24 000 000 (iyirmi üç milyon) manata yaxın vergi və digər məcburi ödəmələr həyata keçirilmişdir.
Yuxarıdakılardan əlavə Qərbi Kaspi Universiteti və onun təsisçiləri tərəfindən təsis olunan müxtəlif təşkilatları tərəfindən təsis olunduqları tarixdən (1990-cı illərdən) 2021-ci ilin sonunadək Dövlət büdcəsinə 10 000 000 (on milyon) manatdan artıq vergi və digər məcburi ödəmələr olunmuşdur.
Ümumilikdə isə Universitet və onun törəmə təşkilatları tərəfindən Dövlət büdcəsinə (1990-cı illərdən 2021-ci ilin sonunadək) 32 000 000 (Otuz iki milyon) manatdan artıq vergi və digər məcburi ödəmələr olunmuşdur.
MƏNBƏ: İllər üzrə Elektron vergi bəyannamələri və DSMF-yə köçürülən məcburi ödənişlərə dair hesabatlar.