Fəaliyyətlər
Üzvlük üçün müraciət 2005-ci ildən etibarən fəaliyyət göstərən və fəaliyyəti müddətində istər ölkə daxilində və istərsə də, ölkə xaricində bir çox ekspedisiya və yarışlar təşkil edərək adından söz etdirən Qərbi Kaspi Universitetinin Dağçılıq Klubu yeni üzvlər qəbul edir. Kluba üzv qəbul olunmaq istəyən tələbələrimiz, kluba nə üçün üzv olmaq istədiklərini bir neçə cümlə ilə ifadə edib müraciətlərini administration_iro@wcu.edu.az email hesabına göndərə bilərlər. Dağçılıq Klubu Dağçılıq klubu 2005-ci ildə yaradılmışdır. Klubun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif ucqar rayonlarına və yüksək zirvələrinə ekspedisiyalar təşkil edilmişdir. Universitetimizin tələbələri fəal şəkildə bu ekspediyalarda iştirak etmişlər. Hər il Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Qızılqaya silsiləsində yerləşən Heydər Əliyevin adını daşıyan zirvəyə yürüşlər təşkil olunur. Həmçinin Böyük Qafqaz sıra dağlarının Şahdağ, Tufandağ, Bazardüzü və s. zirvələri fəth olunmuşdur. Qayayadırmanma Klubu Qayayadırmanma klubu 2005-ci ildən formalaşmışdır. Universitetin ölkə daxilində təşkilatçılığı ilə keçirilmiş yarışlarda bizim tələbələrimiz komanda şəklində iştirak etmiş, mükafatçılar sırasında dəfələrlə yüksək pillələri qazanmışlar. Qayayadırmanma klubu təsis olunduğu gündən bu günədək Universitetimizi fəal şəkildə təmsil etməyə davam edir. 2020-ci ildə Dağçılıq klubu Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasına (UIAA) üzv qəbul olunmuşdur. Universitetin dağçılıq fəaliyyətini əks etdirən təqdimat > Your browser does not support the video tag.
Məqsədimiz tələblərdə ətraf mühiti dərk etmək qabiliyyətini artırmaq, akademik ətraf mühit biliklərinə təmas etmək bacarığını artırmaqdır. Son məqsədimiz məzmunun tematik əhatə dairəsinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması və ekspert keyfiyyətlərinin gücləndirilməsidir. Bu tədbirin həyata keçirilməsi üçün müvafiq ixtisaslı tələbələr cəlb olunur və onlara bu ixtisasa uyğun rəhbərlər təyin olunur. FƏALİYYƏTİMİZ: Ekoloji təhsil proqramı keçmək; Ekologiya sahəsində tənqidi və sistematik düşünməyi öyrəmək; Ekologiyanın nə olduğunu, hansı məsələlərin aktual olduğunu və hansının olmadığını öyrənmək; Elmin harada olduğunu və praktikanın harada olduğunu anlamaq; Müxtəlif ətraf mühit sahələrini anlayaraq mövzularınızın əhatə dairəsini genişləndirməyi öyrənmək; Ətraf mühit barədə təhsil istiqamətlərimiz genişləndirmək; Özümüzü həqiqi ətraf mühit dünyasına qərq etmək və ətrafdakı proseslərə hərtərəfli nəzər yetirmək; Etibarlı məlumat axtarmağı öyrənmək; Eko-mövzular üçün bir məzmun planı hazırlayın, etibarlı mənbələrin siyahısını yaratmaq, materiallar yazmaq və daha maraqlı və faydalı olmaq. Tədbirlər “Beynəlxalq Yer Günü” ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib Tələbələrimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər
Tələbələrin idman bacarıqlarının inkişaf etdirmək, asudə vaxtını səmərəli təşkil etmək və idmanın müxtəlif növlərinə maraq yaratmaq məqsədilə Qərbi Kaspi Universitetində İdman klubu fəaliyyət göstərir. Qərbi Kaspi Universitetinin İdman Klubları Birliyi 2008-ci ildən fəaliyyət göstərir. İdman Klubları Birliyi fəaliyyət müddətində ölkə daxilində və xaricində bir sıra nailiyyətlər əldə etmişdir. Müasir standartlara uyğun olan futbol, voleybol, həmçinin basketbol zalı mövcuddur. Stolüstü tennis, idman dırmanması ilə məşğul olmaq üçün texniki avadanlıqlar və dırmanma divarı istifadəyə açıqdır. İdman Klubları Birliyi FAİREX ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev zirvəsinə, Bazardüzü zirvəsinə, Şahdağ zirvəsinə, Atatürk zirvəsinə müxtəlif yürüşlər etmişdir. Qərbi Kaspi Universiteti FAİREX ilə birgə beynəlxalq ekspedisiya proqramları çərçivəsində ölkə adına ilklərə imza atmışlar. İlk Azərbaycan-Antarktida ekspedisiyası və ilk Azərbaycan-Afrika ekspedisiyası təşkil edilmişdir. Dağ turizmi və dağçılıq sahələri də İdman Klubları Birliyinin nəzdində fəaliyyət göstərir. Dağlıq ərazilərə təşkil edilən Hiking-lər də tələbələr tərəfindən maraqla qarşılanır. İdman cəmiyyətinin daxilində Eco tur və idman dırmanması da mövcuddur. İdman dırmanması növü üzrə müxtəlif yarışlarda iştirak etmiş tələbələrimiz yüksək nailiyyətlər əldə etmişlər. İdman Klubuna bir sıra sahələr daxildir: Futbol komandası Futbol komandamız 2008-ci ildən fəaliyyət göstərir. Müasir mini-futbol zalı da tələbələrimizin ixtiyarındadır. Futbol klubumuzun peşəkar yığma komandası bir sıra uğurlara imza atmışdır. Klubumuz Universitetlər arası bir sıra yarışlarda iştirak edib, mükafatçılar arasında müxtəlif yerləri qazanmışlar. Basketbol komandası İdman Klubları Birliyinin tərkibində formalaşan basketbol klubu 2009-cu ildən fəaliyyətə başlamışdır. Burada basketbol komandamız üçün müasir tələblərə uyğun idman zalımız və avadanlıqlarımız var. Burada komanda üzvləri yarışlara hazırlıq mərhələsində öz məşqlərini keçirirlər. Qərbi Kaspi Universiteti komandası, ali təhsil məktəblərinin tələbələri arasında keçirilən IX Respublika Universiadasında Basketbol (kişilər) üzrə III yer tutduğuna görə, "Gənclik Tələbə İdman Cəmiyyəti" tərəfindən diplomla təltif olunmuşdur. FƏALİYYƏTİMİZ: Tələbələri fiziki tərbiyəyə yönəltmək və tələbələri universitetdə fəaliyyət göstərən idman məşqlərə cəlb etmək; Universitet daxili turnirlərin təşkil edilməsi; İdmanın müxtəlif növləri üzrə seçmə yarışların keçirilməsi;
Qərbi Kaspi Universiteti İntellektual Klubu tələbələrin idrak bacarıqlarının və düşünmə gücünün inkişafı, eləcə də tələbələrin səmərəli və əyləncəli vaxt keçirmələri təmin etmək məqsədi ilə müxtəlif oyunlar keçirir. Klubumuz tələbələri bilik və bacarıqlarını digərləri ilə mübadilə etməyə təşviq edir. FƏALİYYƏTİMİZ: • Biz “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq”, “Axtar-Tap” və digər formatlardakı müxtəlif növ intellektual yarışlar keçiririk; • Qaliblər sertifikatlar və ya kiçik hədiyyələrlə klubumuz tərəfindən mükafatlandırılır; • Bütün tələbələrin öz intellektual oyununu təşkil etmək imkanı var; • Ölkə yarışlar üçün komandalar yaradır və onlara dəstək oluruq.
Debat klubumuz öz ətrafında debata, araşdırmalara, polemikaya marağı olan Universitetimizin tələbələrini birləşdirir. Klubun əsas məqsədi tələbələrin natiqlik, analiz, ritorika qabiliyyətini inkişaf etdirməkdir. İnsan hansı biliklərə sahib olmasına baxmayaraq, natiqlik qabiliyyətinə sahib deyilsə o, biliklərini düzgün şəkildə cəmiyyətə çatdıra bilməyəcək və onlardan məqsədəuyğun şəkildə istifadə edə bilməyəcək. Klubumuz 1997-ci ildə yaranıb və tələbələr arasında ən yaxşı natiqlər, spikerlər - debatçılardan ibarət böyük bir ailədir. FƏALİYYƏTİMİZ: Tələbələrə tədqiqat və auditoriya qarşısında sərbəst çıxış etmək kimi bacarıqlar aşılamaq; Məntiqi təfəkkürün inkişaf etdirmək; Fikri düzgün çatdırmağa kömək etmək; İnandırma və təqdimetmə təkmilləşdirmək.
Klubun yaradılmasında məqsəd gənclər arasında maarifləndirmə işləri aparmaq, müxtəlif psixoloji mövzuların müzakirəsini təşkil etməkdir.Tələbələr arasında psixoloji təlimlər, seminarlar, qrup şəkilində işləri təşkil etməkdir. Həmçinin sizlərə sosiallaşmaq və stressinizi azaltmaq imkanı təqdim edəcəyik.
Qərbi Kaspi Universitetinin Xor kollektivi Vokal musiqinin kollektiv ifası mənasına gələn "xor", birlik və harmoniyanı simvolizə edir. Qərbi Kaspi Universitetinin tələbələrindən ibarət xor kollektivi 2022ci ildən fəaliyyətə başlamışdır. Xorun proqramında xormeyster Rüfət Xəlilovun rəhbərliyi ilə Şərqdə ilk operanın və milli musiqinizin banisi dahi bəstəkar Üzeyir Hacıbəyovun əsərlərindən, dünyaca məşhur bəstəkarların əsərlərinə qədər bir çox musiqilər səsləndirilir. Xor kollektivimiz sadəcə universitet daxili tədbirlərdə deyil, eyni zamanda profesional səhnələr və ictimai tədbirlərdə də çıxışları ilə öz fərqini ortaya qoyur. Fəaliyyətimiz Tələbələrin asudə vaxtlarının səmərəli keçirməsini təmin etmək; Tələbələrin musiqi sahəsi üzrə inkişafına dəstək, milli və dünya musiqisi ilə yaxından tanışlığına zəmin yaratmaq; Tələbələrin öz fəaliyyətlərinin profesional şəkildə icrasını həyata keçirmək.