Pul siyasəti və onun əməliyyat çərçivəsi mövzusunda seminar
Qərbi Kaspi Universitetinin İqtisadiyyat və Biznes Məktəbi və Mərkəzi Bankının birgə təşkilatçılığı ilə 06.04.2023 tarixində 15.00-da “Pul siyasəti və onun əməliyyat çərçivəsi” mövzusunda seminar keçirəcəkdir. Tədbirdə Mərkəzi Bankın Kommunikasiya şöbəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ağanemət Ağayev və Mərkəzi Bankın Kommunikasiya şöbəsinin böyük mütəxəssisi Ruslan Şükürov çıxış edəcəklər.
Tədbirin keçiriləcəyi yer:
Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A Konfrans zalı