20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “QANIM BAYRAĞIMDADIR” adlı ədəbi-bədii gecə keçirilib
Mədəniyyət Nazirliyi və Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “QANIM BAYRAĞIMDADIR” adlı ədəbi-bədii gecə keçirilib.Tədbirdə Qərbi Kaspi Universitetinin icraçı prorektoru Rəşad Bağırov da iştirak edib. Eyni zamanda Qərbi Kaspi Universitetinin Xor kollektivi tədbirdə bir neçə ifa ilə çıxış edib