Qərbi Kaspi Universiteti

Fakültələr

Filologiya və Tərcümə Məktəbi

Filologiya və Tərcümə Məktəbi  1996-cı ildən “Qərb dilləri”  fakültəsi adı ilə fəaliyyətə başlayıb.

Filologiya və tərcümə məktəbinin əsas vəzifəsi yüksək ixtisaslı filoloqlar hazırlamaqdır. Elə bu səbəbdən fakültə İngilis-Amerikan  təhsil sisteminə uyğun Bakalavr, Magistr və Fəlsəfə doktoru proqramını tətbiq edir. Dil və ədəbiyyat dərslərimiz tanınmış beynəlxalq didaktik standart və metodlarla təmin olunmuşdur. Müasir dil laboratoriyaları ilə təchiz edilmiş fakültə interaktiv və məqsədyönlü tədris prosesinin yaranmasına imkan verir.Azərbaycan və xarici dillər sahəsi üzrə fakültəni bitirənlər Azərbaycan, İngilis və dünya ədəbiyyatı ixtisasında mütəxəssis kimi çalışa, elə cə də digər təşkilat və idarələrdə professional tərcüməçi kimi fəaliyyətini davam etdirə bilərlər.

Filologiya və tərcümə məktəbində 8 dil: İngilis, Azərbaycan, Rus, Alman, Fransız, Latın, Çin, İspan tədris edilir.Tələbələr xarici dil bacarıqlarını təkminləşdirmək üçün fakültə ABŞ, Britaniya, Kanada və Almaniya ölkələrindən ixtisaslaşmış mütəxəssislər dəvət edir. Əmək sahəsində tələbələrin səriştəsini və imkanlarını (milli və beynəlxalq) artırılması məqsədilə onlara bir neçə beynəlxalq mübadilə proqramlarında iştiraka həvəsləndirilir (Erasmus Mundus, Mövlanə). 

Bizimlə Əlaqə

Ünvan:Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31

İndeks: AZ1001

Telefon:+994 12 492 74 18

@: philology.translation@wcu.edu.az 

 

Kafedralar

 

Akademik heyət

 

Bakalavr səviyyəsi üzrə

 

Magistratura səviyyəsi üzrə

 

Doktorantura səviyyəsi üzrə