Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı Beynəlxalq Konfransın tanıtım videosu

“Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı Beynəlxalq Konfransın tanıtım videosu

“Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı Beynəlxalq Konfransın tanıtım videosu

Videonu izləmək üçün linkə daxil olun

 

Qərbi Kaspi Universitetində 5-6 noyabr 2024-cü il tarixlərində “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı 2-ci Beynəlxalq Konfrans keçiriləcək.

 

Konfransın məqsədi dünya səviyyəsində dağlıq ərazilərdə problemlərin həll yollarını müzakirə etmək, yaradıcı alimləri və bu səhələrə marağı olan digər hər kəsi bir araya gətirməkdir. Həm əyani,həm də distant şəkildə iştirakın mümkün olacağı konfrans  hər biri müxtəlif panellərdə baş tutacaq dörd əsas mövzunu əhatə edəcək.

 

1. Qlobal dağ bioloji müxtəlifliyin qiymətləndirilməsi
2. Qlobal ekoloji problemlər
3. Dağ mədəniyyətləri
4. Dağ turizmi və iqtisadi təsirlər


Konfrans üçün təsdiq edilmiş məqalələr Scopus və Web of Science elmmetrik bazaları tərəfindən indeksləşəcək. Qərbi Kaspi Universiteti, BMT-nin Dağ Əməkdaşlığı Proqramı, Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası və digər təşkilatlarla birgə keçiriləcək konfransa 200-dən çox iştirakçının qatılacağı gözlənilir.

 

Konfransın fəxri qonaqları arasında Rosalaura Romeo, Meri Sanseverino, Jan Cools, Svetlana Belova kimi tədqiqatçılar yer alacaq. Universitetimiz Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Çin və daha 20 ölkədən qatılacaq 70-dən çox xarici qonağa ev sahipliyi edəcək.

Ətraf mühit, dağ turizmi və dağ mədəniyyətinə önəmli töhfələr verməyi hədəfləyən konfransımızda sizi görmək üçün səbrsizlənirik.