Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Elmi Kitabxana Mərkəzi universitetin bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün silsilə seminarlar təşkil edib

Elmi Kitabxana Mərkəzi universitetin bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün silsilə seminarlar təşkil edib

Tələbələrin tədqiqat mövzuları əsasında onlara kitabxanada mövcud ən yeni elmi nəşrlər və onlayn informasiya resursları təqdim edilib. Seminarlarda məlumat bazaları üzərindən "ağıllı" axtarış mexanizmləri, spesifik elmi mövzular üzrə geniş tədqiqat strategiyaları nümayiş edilib və beləliklə informasiya resurslarının optimal istifadəsi təmin edilib. Tələbələrin araşdırma zamanı rastlaşdığı çətinliklər və ümumi informasiya axtarışı zamanı əldə edilən mənbələrin tənqidi qiymətləndirilməsi istiqamətində müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.