Hindistanın O.P. Jindal Qlobal Universitetinin rəhbərliyi Qərbi Kaspi Universitetinin qonağı olub
Hindistanın O.P. Jindal Qlobal Universitetinin rəhbərliyindən Dr. Rahul Phandari və Şapnil Bhosali Qərbi Kaspi Universitetinə səfər edib. Bu səfər hər iki təhsil müəssisəsi arasında beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni perspektivlər açır.
Qərbi Kaspi Universiteti beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyi və qlobal əməkdaşlıq üçün mükəmməl təhsil mühiti yaratmağı strateji hədəflərindən biri kimi müəyyən edib. Hər iki universitet arasında tələbə və müəllim mübadiləsi, ortaq elmi tədqiqatların
aparılması və beynəlxalq konfransların təşkili elmi biliklərin genişlənməsinə və qlobal problemlərin həllinə töhfə verə bilər.
Tələbələrə hər iki universitetin diplomunu əldə etmək imkanı verən proqramlar onların beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini artıracaq.
Bu cür əməkdaşlıqlar universitetlərin qlobal təhsil şəbəkəsində mövqelərini gücləndirir və tələbələrə geniş imkanlar yaradır.







