Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

“İdarəetmə təhlili” adlı dərs vəsaiti işıq üzü görüb

Universitetin “Maliyyə və mühasibat uçotu” kafedrasının əməkdaşları - i.ü.f.d., dosent Gülnarə Hacıyeva və i.ü.f.d., professor Pərviz Qurbanovun birgə hazırladıqları “İdarəetmə təhlili” dərs vəsaiti işıq üzü görüb.

Dərs vəsaitində istehsalın planlaşdırılması və idarə edilməsində əsaslandırılmış düzgün qərarların qəbul edilməsi üçün informasiyanın zəruriliyi, yeni məhsulun mənimsənilməsi ilə bağlı kapital qoyuluşuna dair qərar qəbulu,büdcələrin tərtibi və yerinə yetirilməsinin qiymətləndirilməsi, ehtiyatların planlaşdırılması və qiymətləndirilməsi ,relevantlıq konsepsiyası ilə bağlı qərar qəbulu, satılmış məhsulun istehsalına çəkilən xərclərin təhlili məsələləri araşdırılır.

Nəşrdə istehsala çəkilən xərclərin dinamikası, eyni zamanda istehsalın həcmi ilə xərclər və istehsalın nəticələri arasında asılılığın iqtisadi təhlilinin metodları təqdim olunur.