Qərbi Kaspi Universiteti beynəlxalq əlaqələrini genişləndirir
03.03.2025-ci il tarixində Özbəkistanın “Turan Beynəlxalq Universiteti"nin təsisçısı və rektoru Axadxon Nadjmətdinovun universitetimizdə qonaq olması, iki universitet arasında gələcək əməkdaşlıq perspektivlərinin açılmasına və elmi mübadilənin yaradılmasına şərait yaradır.
Universitetlər arasında ortaq elmi-tədqiqat layihələrinin və akademik proqramların , həyata keçirilməsi, tələbə-müəllim mübadiləsinin təşkili üçün zəmin yaradır. Belə əməkdaşlıq, hər iki tərəfin beynəlxalq təhsil və elmi standartlara uyğunlaşmasına kömək edəcək.Bu cür təşəbbüslər, universitetin elmi və akademik potensialını daha da artıraraq, yeni nailiyyətlərin əldə olunmasına şərait yaradacaqdır.



