Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür

5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür

Qərbi Kaspi Universiteti idman sahəsində bir sıra əhəmiyyətli uğurlara imza atmışdır. Universitetin Klublar Birliyi tələbələrin asudə vaxtının səmərəli təşkili və idman bacarıqlarının inkişafı üçün müxtəlif tədbirlər həyata keçirir. 

Universitetdə fəaliyyət göstərən futbol komandası universitetlərarası yarışlarda mükafatçılar sırasında , basketbol və voleybol komandaları isə respublika yarışlarında birincilər sıralarında yer almışlar.

Ümumiyyətlə, Qərbi Kaspi Universiteti ardıcıl olaraq idman layihələrinin təşəbbüskarı, təşkilatçısı və fəal iştirakçısı kimi çıxış edir. 

Stolüstü tennis, idman dırmanması ilə məşğul olmaq üçün texniki avadanlıqlar və dırmanma divarı da tələbələrin istifadəsinə açıqdır. 

İdman Klubları Birliyi FAİREX ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev zirvəsinə, Bazardüzü zirvəsinə, Şahdağ zirvəsinə və Atatürk zirvəsinə müxtəlif yürüşlər təşkil etmişdir. Həmçinin, ilk Azərbaycan-Antarktida və Azərbaycan-Afrika ekspedisiyaları təşkil edilmişdir. 

Bu uğurlar Qərbi Kaspi Universitetinin idman sahəsindəki fəallığını və tələbələrinin inkişafına verdiyi əhəmiyyəti göstərir.