Qərbi Kaspi Universitetində abituriyentlər üçün “Açıq qapı günü” keçirildi
Qərbi Kaspi Universitetində abituriyentlər üçün növbəti “Açıq qapı günü” təşkil olunub. Tədbirin əsas məqsədi ali təhsil almaq istəyən gəncləri universitetin fəaliyyəti, tədris imkanları və yaradılmış şəraitlə yaxından tanış etmək olub.Tədbir çərçivəsində abituriyentlər universitetin müxtəlif fakültələri, müasir tələblərə cavab verən laboratoriyaları, kompüter otaqları, zəngin kitabxanası, idman zalları və digər infrastruktur obyektlərini ziyarət ediblər. Onlar tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və təhsil mühiti barədə ətraflı məlumatlandırılıblar.
Universitetin professor-müəllim heyəti abituriyentlərlə görüşərək onları maraqlandıran sualları cavablandırıb, müxtəlif ixtisaslar, təhsil proqramları və gələcək karyera perspektivləri barədə geniş məlumat veriblər.Eyni zamanda, abituriyentlərə universitetin beynəlxalq əlaqələri, xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı, tələbə mübadilə proqramları, təqaüd imkanları və digər üstünlükləri barədə təqdimatlar edilib.
“Açıq qapı günü” çərçivəsində keçirilən ekskursiyalar, təqdimatlar və interaktiv görüşlər abituriyentlərdə universitet həyatı barəsində geniş təsəvvür formalaşdıraraq onlara düzgün ixtisas seçimi etməyə köməklik göstərə biləcək.
Tədbirin sonunda abituriyentlər onlara göstərilən diqqət və yaradılan şərait üçün universitet rəhbərliyinə təşəkkür ediblər və belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.





















