Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • QKU-də "SABAH HUB Academy" proqramı çərçivəsində "Sahibkarlığa Giriş" mövzusunda xüsusi kurs təşkil olunub

QKU-də "SABAH HUB Academy" proqramı çərçivəsində "Sahibkarlığa Giriş" mövzusunda xüsusi kurs təşkil olunub

Kursun əsas məqsədi tələbələrə sahibkarlıq haqqında ilkin biliklərin verilməsi, onların biznes dünyası ilə tanış edilməsi və gələcəkdə öz biznes ideyalarını həyata keçirmək üçün zəruri bacarıqların aşılanmasıdır. Təlimlər interaktiv formatda keçirilir, tələbələr müasir trendlərlə yanaşı, uğurlu startap nümunələri və real bazar təcrübələri ilə tanış olurlar.Kurs zamanı tələbələrə biznes planlaşdırma, maliyyə savadlılığı, bazar araşdırması, innovasiya və startapların qurulması kimi mövzularda praktiki biliklər təqdim edilır. Eyni zamanda tələbələr müxtəlif qrup çalışmalarında iştirak edərək öz ideyalarını komanda şəklində formalaşdırmaq və təqdim etmək imkanı əldə edirlər.Kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Proqram tələbələr tərəfindən böyük maraqla qarşılanır.