Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində sahibkarlıq mövzusunda mühazirə keçiriləcək

Qərbi Kaspi Universitetində sahibkarlıq mövzusunda mühazirə keçiriləcək

Oktyabrın 23-də Qərbi Kaspi Universiteti və Bina Nusantara Universitetinin birgə təşkilatçılığı ilə “İnanc əsaslı qeyri-kommersiya təşkilatlarında sahibkarlıq yönümlülüyü: Əməkdaşlığın, insanlararası və idarəetmə bacarıqlarının əhəmiyyəti” mövzusunda mühazirə keçiriləcək.

 

Dr. Respati Wulandari tərəfindən keçiriləcək mühazirə saat 11:00-da baş tutacaq. Wulandari 2024-cü ilin sentyabrından etibarən İndoneziyanın Bina Nusantara Universitetində S3 BINUS Biznes məktəbində mühazirəçi mütəxəssis, eyni zamanda sahibkarlıq və liderlik üzrə dosent olaraq fəaliyyət göstərir.

 

2018-ci ildən 2024-cü ilədək BINUS Biznes məktəbində Beynəlxalqlaşma və tərəfdaşlıq departamentinin rəhbəri vəzifəsini icra edib. Bu müddət ərzində Dr. Wulandari QS-in ilk 200-lüyündə yer alan bir çox beynəlxalq universitetlə müvəffəqiyyətlə əməkdaşlıq edib və AACSB tərəfindən akkreditə olunub. O, hər il 35-dən çox beynəlxalq mühazirə və seminar təşkil edərək tanınmış xarici professorları, müstəqil ekspertləri və xarici şirkətlərin yüksək səviyyəli mühazirəçilərini bu seminarlara dəvət edib. Həmçinin, universitetlərlə sənaye tərəfdaşları arasında müəllim mübadilə proqramları təsis edib.

 

Mühazirəyə qatılmaq üçün LİNK-ə keçid edə bilərsiz.