Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində yeni dərslik işıq üzü görüb

Qərbi Kaspi Universitetində yeni dərslik işıq üzü görüb

Qərbi Kaspi Universitetinin Biznes və İdarəetmə məktəbinin dekanı, dos. Natiq Mirzəyevin “Qiymət Siyasəti” adlı dərsliyi işıq üzü görüb.

 

Dərslikdə qiymətin və qiymət siyasətinin mahiyyəti və məzmunu, eyni zamanda dövlətin və müəssisələrin qiymət siyasəti, xarici ölkələrdə qiymət siyasətinin əsas istiqamətləri və bu kimi digər məsələlər öz əksini tapıb.

 

Dərslik iqtisadiyyat istiqamətli ixtisaslarda təhsil alan tələbələr, idarəetmə kadrlarının yenidən hazırlanması, eləcə də, müəssisələrin iqtisadi və menecment sahələrindəki problemlərinin həlli ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulub.