Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin əməkdaşları abituriyentlərlə silsilə görüşlərdə iştirak edirlər

Qərbi Kaspi Universitetinin əməkdaşları abituriyentlərlə silsilə görüşlərdə iştirak edirlər

Universitetin Abituriyent Məsləhət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə şəhərin müxtəlif bölgələrində yerləşən tam orta təhsil məktəblərində abituriyentlərlə görüşlər keçirilir. Bu görüşlərin əsas məqsədi məktəblilərə düzgün ixtisas seçimi, ali təhsil imkanları, qəbul qaydaları və Qərbi Kaspi Universitetində tədris prosesi barədə ətraflı məlumat verməkdir.Görüşlər zamanı universitetin əməkdaşları abituriyentlərin suallarını cavablandırır, onları maraqlandıran mövzulara aydınlıq gətirir, eyni zamanda universitetdəki ixtisaslar, təqaüd imkanları, beynəlxalq proqramlar və tələbə həyatı barədə geniş təqdimatlar edirlər.

Belə görüşlər gələcək tələbələr üçün həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıyır. Abituriyentlər universitet nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, onları maraqlandıran mövzularla bağlı dolğun məlumat almaq imkanı əldə edirlər.Məqsəd abituriyentlərin düzgün seçim etməsinə dəstək vermək və onların gələcək karyera yollarında istiqamətləndirilməsinə kömək göstərməkdir.