Qərbi Kaspi Universitetinin məzunu rektor təyin olundu!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il tarixli sərəncamı ilə Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub.Anar Nazim oğlu Eminov 1992–1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil almışdır.1999–2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq ticarət" ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
Təhsilini Türkiyədə davam etdirərək, 2003–2004-cü illərdə Egey Universitetində, 2004–2006-cı illərdə isə Doqquz Eylül Universitetində magistratura səviyyəsində beynəlxalq biznesin idarə edilməsi ixtisasına yiyələnmişdir.2006–2010-cu illərdə Qərbi Kaspi Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə təhsil almış, 2018-ci ildə Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru təyin olunmuşdur. 2023-cü ildə əvvəlcə Azərbaycan Texniki Universitetinin Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra isə Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsində çalışmışdır.2025-ci ildə London Universitetində "Menecerin əsas idarəetmə alətləri" istiqaməti üzrə kursu bitirmişdir.9 aprel 2025-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.Anar Nazim oğlu Eminovu bu mühüm vəzifəyə təyin olunması universitetimiz və məzunlarımız üçün böyük qürur və motivasiyadır.
Məzunumuzu bu münasibətilə təbrik edir, yeni vəzifəsində uğurlar arzulayırıq!