Qərbi Kaspi Universitetinin müəllimi seminara qatılıb
Qərbi Kaspi Universitetinin Təbiət elmləri kafedrasının müdiri b.ü.f.d. Ayaz Məmmədov Avropa İttifaqının Erasmus+ Proqramı çərçivəsində Özbəkistanın Milli Erasmus+ Ofisi tərəfindən Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi və Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutu Milli Tədqiqat Universiteti ilə birgə təşkil olunmuş iki günlük onlayn seminarda ekspert kimi iştirak edib.
“Ali Təhsildə Yaşıl Təhsil Konsepsiyaları və Strategiyaları” mövzusunda keçirilən tədbirdə Ayaz Məmmədov “Ali təhsildə davamlılıq üzrə qlobal perspektivlər: Əsas tədqiqatlar və anlayışlar” və “İqlim dəyişikliyinə qarşı mübarizə: Qlobal tendensiyalar və yerli fəaliyyətlər” mövzularında məruzə ilə çıxış edib.