Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin növbəti elmi uğuru

Hörmətli həmkarlar,

məmnuniyyətlə bildiririk ki, Qərbi Kaspi Universitetinin həmtəşkilatçılığı ilə 25-27 aprel 2024-cü il tarixlərində Özbəkistanın Karşi Mühəndislik-İqtisadiyyat İnstitutunda keçirilmiş "İnşaat Mexanikası, Hidravlika və Su Ehtiyatları Mühəndisliyi" mövzusunda VI Beynəlxalq Elmi Konfransın materialları Scopus (Elsevier) bazasında indeksləşdirilmişdir.

Konfrans materialları nüfuzlu Taylor & Francis nəşriyyat qrupuna daxil olan Routledge nəşriyyatında çap olunmuşdur. Taylor & Francis 1798-ci ildə Böyük Britaniyada təsis edilmiş və dünyanın aparıcı akademik nəşriyyatlarından biri kimi tanınır. Şirkət 2,700-dən çox elmi jurnal nəşr edir və onların əksəriyyəti Scopus, Web of Science və digər nüfuzlu akademik bazalarda indeksləşdirilmişdir.

Konfrans materialları ilə nəşriyyatın bazasından, universitetin Scopus profilindən tanış ola bilərsiniz.

https://www.routledge.com/Applications-of-Mathematics-in-Science-and-Technology/Hung-Sekar-ESI-kumar/p/book/9781032999050

https://www.scopus.com/pages/organization/60190589

https://tester.wcu.edu.az/detail1.html