Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Rumıniyanın "1 Decembrie 1918" Alba Luliya Universitetinin rəhbərliyi universitetimizə səfər edib

Rumıniyanın "1 Decembrie 1918" Alba Luliya Universitetinin rəhbərliyi universitetimizə səfər edib

Universitetimiz beynəlxalq akademik əlaqələrini daha da gücləndirmək məqsədilə növbəti əhəmiyyətli görüşə ev sahibliyi edib. Rumıniyanın tanınmış ali təhsil ocaqlarından biri olan "1 Decembrie 1918" Alba Luliya Universitetinin rəhbər heyəti rəsmi səfərlə universitetimizə təşrif buyurub.

Görüşdə Universitetin rektoru Valer Breaz, prorektor Loan-Lusial Popa və dosent Teodora Odett Breaz iştirak ediblər. Qonaqları universitetimizin rəhbərliyi səmimi şəkildə qarşılayıb və bu görüşün iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Görüş zamanı iki universitet arasında əməkdaşlığın genişləndirilməsi üçün bir sıra vacib məsələlər müzakirə edilib. 

İki universitet arasında Erasmus+ və digər beynəlxalq mübadilə proqramları çərçivəsində tələbə və akademik heyətin qarşılıqlı səfərləri və təhsil imkanları müzakirə olunub.
 Müxtəlif elm sahələrində ortaq tədqiqatların aparılması, beynəlxalq qrant proqramlarına qoşulma və alimlər arasında əməkdaşlığın artırılması məsələləri gündəmə gətirilib.
Hər iki universitetin alimlərinin və tədqiqatçılarının iştirak edəcəyi elmi tədbirlərin keçirilməsi ilə bağlı planlar müzakirə edilib.

Tələbələr üçün daha geniş təhsil imkanları yaratmaq məqsədilə magistr və doktorantura səviyyəsində ortaq proqramların hazırlanması məsələsi nəzərdən keçirilib.

Qarşıda bizi yeni elmi layihələr, ortaq tədqiqatlar və tələbələr üçün daha geniş imkanlar gözləyir!