Qərbi Kaspi Universitetinin tələbələri "Bilik Yarışı"nda qalib gəldi
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu tərəfindən 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilməsi, eyni zamanda Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə "Bilik Yarışı" adlı intellektual və yaradıcılıq müsabiqəsi təşkil olunmuşdur.Yarışmada ölkənin müxtəlif regionlarını təmsil edən aparıcı orta və ali təhsil müəssisələrinin komandaları iştirak etmişdir. Tədbirin əsas məqsədi gənclərin elmi biliklərini, yaradıcılıq bacarıqlarını, milli dəyərlərə bağlılıqlarını və vətənpərvərlik ruhunu nümayiş etdirmək olmuşdur.Qərbi Kaspi Universitetinin tələbələri yarışmada STEAM (Biologiya,Texnologiya, Mühəndislik və Riyaziyyat), şeir, foto və əl işləri üzrə yüksək bacarıqlarını təqdim etmiş və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.Yekun nəticəyə əsasən, güclü rəqabət mühitində fərqlənən Qərbi Kaspi Universitetinin komandası yarışmada fəal iştirakına görə qalib olaraq I yerə layiq görülmüşdür.Bu uğur tələbələrin yaradıcılıq potensialının, komanda işinin və vətənpərvərlik ruhunun parlaq təzahürü kimi qiymətləndirilir.















