Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tədqiqatçımız broylər toyuqlarında dərman təhlükəsini aşkar edib

Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədovun həmmüəllifi olduğu “Impact of lufenuron on hematology, serum biochemistry, antioxidant enzymes, and histopathology in broiler chickens” adlı məqalə Scopus bazasında indekslənən Q1 reytinqli “PLOS ONE” jurnalında dərc edilib.

Tədqiqatçımız tərəfindən aparılan yeni tədqiqat lufenuron adlı dərmanın broylər toyuqlarında qaraciyər, böyrək və ürək funksiyalarını poza biləcəyini göstərdi

Ətraf mühitin sintetik kimyəvi maddələrlə – pestisidlər, herbisidlər və gübrələrlə – çirklənməsi canlılara mənfi təsir göstərir. Bu tədqiqatda ev heyvanlarında parazitlərə qarşı istifadə olunan lufenuron maddəsinin broylər toyuqları üzərində mümkün toksik təsirləri araşdırılıb.

Tədqiqatda broylər toyuqları müxtəlif dozalarla lufenurona məruz qoyulub və 39 gün ərzində qan, böyrək, qaraciyər və ürək toxumalarında dəyişikliklər izlənilib. Nəticələr göstərir ki, yüksək dozalarda lufenuron qırmızı qan hüceyrələrinin sayının azalmasına, ağ qan hüceyrələrinin artmasına, həmçinin qaraciyər, böyrək və ürək funksiyalarında pozuntulara səbəb olur.. Bu nəticələr lufenuronun broylər toyuqları üçün doza-asılı toksik risk daşıdığını göstərir.

Nəticə olaraq, histoloji analizlər də zamanı parazitlərə qarşı istifadə olunan bu maddənin, daxili orqanlarda struktur dəyişiklikləri, yüksək dozalarda oksidativ stress və orqan zədələnməsinə səbəb olmasını təsdiqlədi.

Məqaləyə keçid:

https://journals.plos.org/plosone/article?id=10.1371/journal.pone.0319157

https://www.scopus.com/record/display.uri?eid=2-s2.0-105001192985&origin=recordpage