Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbəmiz İstanbul Universitetində akademik təcrübə keçib

Tələbəmiz İstanbul Universitetində akademik təcrübə keçib

Qərbi Kaspi Universitetinin Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbinin Su bioehtiyatları və akvakultura ixtisasının 4-cü kurs tələbəsi Leyla Tağıyeva İstanbul Universiteti Su elmləri fakültəsində bir aylıq akademik təcrübədə olub. 

 

Təcrübə müddətində tələbəmiz Dr. Gökhan Tunçellinin rəhbərliyi altında müxtəlif laboratoriyalarda “Midyelərin yetişdirilməsi və mikroplastik analizi”, “Balıq kürüsündə olan yağ turşularının alınması”, “Yosunlarda toksin analizi” kimi mövzularda təlim və tədqiqatlara qatılıb.

 

Təcrübə müddətinin sonunda Leyla Tağıyeva Balıqçılıq və akvakultura emalı texnologiyaları şöbəsinin müdiri Prof. Dr. Nuray Erkan Özden və Dəniz məhsullarının emalı texnologiyası şöbəsinin müdiri Prof. Dr. Özkan Özden tərəfindən fərqlənmə diplomu ilə təltif olunub.