QKU-nun beynəlxalq konfrans məqalələri Scopus elmmetrik bazalarda BIO Web of Conferences platformasında nəşr olunub
Hörmətli tədqiqatçılar,
böyük qürur və məmnuniyyət hissi ilə bildiririk ki, 5-6 noyabr 2024-cü il tarixlərində Qərbi Kaspi Universitetində keçirilmiş “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” II Beynəlxalq Konfransın 78 sayda seçilmiş tədqiqat işləri dünyanın ən nüfuzlu elmi məqalə və istinad bazalarından biri olan Scopus, eləcə də Web of Science, EDP Sciences, EBSCO, Google Scholar, DOI kimi digər elmmetrik bazalarda indeksləşən BIO Web of Conferences platformasında uğurla nəşr olunmuşdur.
Bu konfransın əsas məqsədi dağ ekosistemlərinin biomüxtəlifliyi, landşaftlarının xüsusiyyətləri və bu bölgələrin mədəni irsinin qorunması mövzularında müzakirələri təşviq etmək, həmçinin bu sahədə ən son elmi nailiyyətləri geniş auditoriya ilə paylaşmaq olmuşdur.
Nəşr olunmuş materiallar yalnız mövcud elmi biliklərin genişləndirilməsinə deyil, həm də tədqiqatçılar arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir. Təqdim edilmiş işlərin dünya elmi ictimaiyyəti tərəfindən daha geniş şəkildə tanınması və istifadə olunması üçün bu indeksləşdirmə mühüm əhəmiyyət daşıyır.
Konfransın təşkilində iştirak etmiş bütün tərəfdaşlara, tədqiqat işlərini təqdim edən müəlliflərə və elmi ictimaiyyətə öz dərin təşəkkürümüzü bildiririk.
https://www.bio-conferences.org/
https://www.bio-conferences.org/articles/bioconf/abs/2025/02/contents/contents.html