Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tibb elmləri doktoru Adil Allahverdiyevin mühazirəsi keçiriləcək

Tibb elmləri doktoru Adil Allahverdiyevin mühazirəsi keçiriləcək

Prof. Adil Allahverdiyev 1974-cü  Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. 1991-1992-ci illərdə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda hüceyrə kulturası labarotoriyasının rəhbəri vəzifəsində çalışmışdır. 27 il Türkiyədə, 14 il Moskvada elmi və pedaqoji fəaliyyətləri ilə məşğul olmuşdur. 1993-2006-cı illərdə Türkiyənin Çukurova Universitetinin  tibbi biologiya, mikrobiologiya, virusologiya və immunologiya kafedralarının professoru olaraq elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2000-2006-cı illərdə həmin universitetin parazitar və tropikal xəstəliklər mərkəzində leyşmaniya xəstəliyinin diaqnostikası və müalicəsi laboratoriyasına rəhbərlik etmişdir. 2006-2020-ci illərdə Türkiyənin Yıldız Texnik Universitetinin “Biomühəndislik” bölümünün hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriyasının rəhbəri və professoru olaraq elmi pedaqoji fəaliyyətini davam etdirmişdir. 200-dən çox beynəlxalq məqalənin müəllifidir.

Elmi fəaliyyətinin əsasını yeni nano tərkibli peyvəndlər və dərman preparatlarının hazırlanması, immunoterapiya,  monoklonal anticimlərin əldə edilməsi, kök hüceyrələr, regenerativ tibb və toxuma mühəndisliyi, xəstəliklərin diaqnostikasında və müalicəsində böyük əhəmiyyət kəsb edən hüceyrədən kənar vezikullar və ekzosomlar təşkil edir.