Qərbi Kaspi Universiteti

Universitet

Məqsəd 13 : İqlim Dəyişikliyinə Qarşı Mübarizə

“İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlər görmək”

Təhsil

Biz yerli və xarici müəllimlər tərəfindən müasir tədris proqramı ilə yüksək keyfiyyətli təhsilin verildiyi bakalavr və magistr proqramlarında bu məqsədlə əlaqəli 30 modul təqdim edirik. Bu proqramlar sayəsində 800-dən çox tələbəmizin siniflərdə nəzəri biliklərini və müxtəlif sahələrdə praktiki bacarıqlarını artırmağı hədəfləriyik.

Biz nə edirik?

İqlim dəyişikliyi bəşəriyyət üçün ciddi bir təhdiddir və buna qarşı mübarizə həm araşdırmalarımız, həm də bir universitet olaraq inkişafımız üçün prioritetdir: Biz dünyamızı gələcək nəsillər üçün qorumalıyıq.

Qərbi Kaspi Universiteti 2050-ci ilədək sıfır CO2 hədəfinə nail olmağı planlayır. Universitetin 2020-ci il İqlim Strategiyası iqlim dəyişikliyinin təsir gücünün azaldılmasına dair hərtərəfli bir yanaşma ortaya qoyur.

Azərbaycan 170-dən çox ölkə ilə birlikdə 2016-cı ildə rəsmi olaraq Paris Sazişini imzalayıb. Saziş istixana qazı tullantılarını və insan fəaliyyətinin yaratdığı iqlim dəyişikliyi təhlükəsini azaltmaq üçün qlobal hədəf və fəaliyyət çağırışını ortaya qoyur.

Biz bu kimi problemləri aradan qaldırmaq üçün, eləcə də Azərbaycanın və dünyanın “aşağı karbonlu” iqtisadiyyata keçidini dəstəkləmək üçün öyrənmə, tədris, fəaliyyətlər və məsuliyyətli sərmayə ilə bağlı tədbirlər görəcəyik və bərpa olunan enerji imkanlarını araşdıracağıq.

Universitet hər bir binasında tədris və universitetdən kənarda yenilikçi fikirləri sınaqdan keçirmək üçün laboratoriyalardan istifadə edir.

 Hədəflər:

  • Bütün ölkələrdə iqlimlə əlaqəli təhlükələrə və təbii fəlakətlərə qarşı davamlılığı və ətraf mühitə uyğunlaşma qabiliyyətini gücləndirmək
  • İqlim dəyişikliyinə aid tədbirləri daxili siyasət, strategiya və planlaşdırmaya daxil etmək
  • İqlim dəyişikliyinin təsirlərinin azaldılması və əvvəlcədən xəbərdarlıq mövzusunda təhsil, maarifləndirmə, insan və müəssisəyə aid olan potensialın təkmilləşdirilməsi

Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutu elmi araşdırma fəaliyyəti ilə məşğuldur. Tələbələrin həm ətraflı, həm dərin məlumatlar əldə etməsi imkanları ilə dağ subyektlərinə diqqət yetirmək üçün innovativ proqramlar hazırlamaq, fərdi tədqiqatlar, təcrübi öyrənmə Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutunun əsas missiyalarından biridir.

İstiqamətlər:

  • Dağların mühafizəsinə diqqətin daha da artırılması, dağ mədəniyyətlərinin qorunmasında tövsiyələrin müəyyənləşdirilməsi
  • yoxolma təhlükəsi ilə üzləşən dağ mədəniyyətlərinin qorunma statusu altına alınması, dağ mədəniyyəti və dağçılıq perspektivləri ilə yaxından tanış olmaq imkanı

Ekoloji Tədqiqat Mərkəzi, Qərbi Kaspi Universitetinin ətraf mühitdə tədqiqat və təhsil fəaliyyətlərini həyata keçirən tədqiqat mərkəzdir.

İstiqamətlər:

  • Universitet daxilində və onun hüdudlarından kənarda ətraf mühit problemləri və onun idarəedilməsi barədə məlumatlılığı artırmaq
  • Yenilikçi, praktik və ekoloji cəhətdən təmiz enerji mənbələrini inkişaf etdirmək
  • Ətraf mühit mövzularında müxtəlif tədqiqat işləri aparmaq

Xəzər Dənizi Problemləri” Elmi-Tədqiqat Mərkəzi Xəzər dənizi və onun hövzəsinə aid olan daxili suların biologiyası və ekologiyası haqqında yeni bilik əldə etməyə hədəflənən fundamental, axtarış və tətbiqi xarakterli elmi tədqiqatlar aparır.

İstiqamətlər:

Mərkəzin əsas struktur bölmələrində aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri aparılır:

  • Dəniz səviyyəsinin tərəddüdü
  • Dəniz dibi relyefinin tədqiqi
  • Meteoroloji, hidroloji, hidrofiziki tədqiqatlar
  • Atmosfer havasının keyfiyyəti üzrə tədqiqatlar. Onun çirklənməsinin indikatoru olan bəzi qazların kəmiyyət göstəriciləri üzrə tədqiqatlar
  • Qamma şüalanma fonunun ölçülməsi üzrə tədqiqatlar

 

Ətraf mühitə dair təlimatlar 

Bizim tərəfdaşlar:

download (1) images (1)

 Form və təlimlər

2021

2020

Məqsədlə əlaqəli videolar:

Məqsədlə əlaqəli tədbirlər

Məqsədlə bağlı kurslar/modullar:

Təbiət Elmləri

Mühəndislik

Siyasi və Humanitar Elmlər

İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı