Qərbi Kaspi Universiteti

Müəllimlər

Mexanika və riyaziyyat kafedrası

Aydın Qulubəyov

Fizika-Riyaziyyat Elmləri Doktoru, Mexanika və Riyaziyyat Kafedrasının Müəllimi, Elm ve Innovasiyalar üzrə prorektor məsləhətçisi

Ümumi Fizika ,Yarıiletkenler Fiziği ,Katıhal Fiziği ,Kvant optikası

+99451 499 8665

aydin.ulubey.2024@wcu.edu.az

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Qulubəyov Aydın Mikayıl oğlu 04 oktyabr 1955-ci ildə Bakı şəhərində  anadan olmuşdur. 1961-ci ildə  Bakı şəhəri 167 saylı orta məktəbinin birinci sinfinə getmiş və 1971-ci ild həmin orta məktəbi bitirmişdir. 1972-ci ildə  Bakı Dövlət  Universitetinin Fizika fakultəsinə  qəbul olunmuş və 1977-ci ildə eyni Universitetdən fizik/fizika müəllimi ixtisası üzrə məzunu olmuşdur. 05.12.1977-14.12.1984-cü illərində  keçmiş SSRİ-nin Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Tətbiqi Fizika İnstitutunun Bakı filialında  mühəndis, baş mühəndis vəzifələrində işləmişdir. Eyni zamanda  1979-1983-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasında istehsalatdan ayrılmamaq şərti ilə təhsil almış və dissertasiya işini uğurla tamamlamışdır.

A.M. Qulubəyov 1983-cü ilin yanvar ayında “GeSe yarımkeçiricilərinin optik xassələri və zona quruluşu” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1994-cu ilin oktyabr ayında isə “A4B6 tipli yarımkeçiricilərin optik və anizotrop  xassələri” mövzusunda dissertasiya işini müdafiə edərək “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə fizika üzrə elmlər doktoru alimlik elmi dərəcəsini almışdır.  

O, 15.12.1984-24.11.1995-ci tarixləri arasında Azərbaycan İnşaat-Mühəndisləri  Universitetinin Fizika kafedrasında assisent, baş müəllim və professor vəzifələrində işləmişdir.

 A.M. Qulubəyov 1995-ci ildə Baş Nazirlik Apparatına Bağlı Türkiyə Elm və Texnologiya Araşdırmalar Qurumunda (TÜBİTAK) Uzman Araşdırmaçı vəzifəsinə dəvvət olunmuş və həmin elmi mərkəzdə 2000-ci ilin sonuna kimi elmi tədqiqat işləri ilə məşğul olmuşdur.

Türkiyə’də ilk dəfə olaraq holoqrafiya, dinamiklər və mina aşkarlama sistemləri istehsal etmiştir.

 2000-2006-cı illərdə Muğla Universiteti Fən-Ədəbiyyat fakültəsi Fizika bölməsində əcnəbi professor vəzifəsində çalışmış və 25 sentyabr 2006-cı ildən Trakya Universiteti Fən-Ədəbiyyat Fakültəsi Fizika kafedrasında daimi dosent, 2011-ci il daimi professor vəzifələrində işləmiştir. Vəzifəyə təyin olunduqdan sonra həmin kafedrada doktorantura proqramı  açılmışdır.

ÖSYM YDS (Rusça) Türkiyə birinciliyinə (2014-2018) və NATO-nun Təhlükəsizlik Sertifikatına  sahibdir.

2006-2022 yılları arasında Trakya Üniversitesinde Bərk Cisim Fizikası Anabilim Dalı Başkanı görevinde çalışmıştır.

Türkiyədə işlədiyi dövrdən etibarən 8 magistr və 3 fəlsəfə doktoru tələbəsinə elmi rehberlik etmişdir. Bu müddət ərzində bakalavr, magistr və fəlsəfə doktoru tələbələrinə Ümumi Fizika, Bərk cisim fizikası, Yarımkeçiricilər optikası, Kvant optikası, Kristal dinamikası, Kvant elektronikası, Teknik Rusça vs. dərslərini tədris etmişdir.

Prof. Dr. A.M. Qulubəyovun elmi tədqiqat  fəaliyətlərinin  nəticələri,  50-dən çox məqalə şəklində yerli və xarici  SCI-yə  daxil olan  elmi  jurnallarda   nəşr  olunmuştur.Yerli və xarici ölkələr olmaqla çoxlu sayda konfrans və  elmi toplantılarda iştirak etmişdir.  

2024-cı ildən Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin müəllimi, Elm ve Innovasiyalar üzrə prorektor məsləhətçisi vəzifəsində çalışır.