İqtisadiyyat və Biznes Məktəbi
Riyaziyyat üzrə fəlsəfə doktoru, Ümumi iqtisadiyyat kafedrasının müdiri
Menecment və turizm kürsüsünün rəhbəri, dosent, fizika- riyaziyyat
elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru)
Akademik fəaliyyətinin istiqamətləri: Ali riyaziyyat kursunun bütün bölmələri (azərbaycan, rus, ingilis dillərində) Statistika İqtisadiyyat Mikroiqtisadiyyat Makroiqtisadiyyat Beynəlxalq İqtisadi Münasibətlər Maliyyə təhlili (azərbaycan, rus, ingilis dillərində)
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Afaq Həsənova 15 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı şəhəri 251 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1987-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunun əyani aspiranturasına qəbul olmuşdur. 1995-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Aspiranturada oxuduğu müddətdə ali məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye universiteti) “Ali Riyaziyyat “ kafedrasında çalışmışdır. 1996-cı ildən etibarən Qərbi Kaspi Universitetində “İqtisadiyyat, Marketinq və Menecment” kafedrasında çalışır. Mütəmadi olaraq beynəlxalq layihələrdə iştirak etmişdir. Böyuk Britaniyanın Nottinghem Trent Universitetində, ABŞ-ın İndiana və Kanzas Universitetitlərində, Turkiyənin Bilgi Universitetində çalışaraq beynəlxalq profesional təcrübə əldə etmişdir. Beynəlxalq diplomlar və sertifikatlarla təltif edilmişdir. Bir sıra elmi işləri, məqalələri və dərs vəsaitləri mövcuddur.
Elmi nəşrlər:
1.“Principles of radiation for Helmholtz equation in n-dimensional layer with impedance boundary conditions”, Turkish Journal of Mathematics, Scientific and Technical Research of Turkey, Turkey,1996
2.”Tətbiqi İqtisadiyyat” ( Junior Achievement), dərslik, Qərb Universiteti, Bakı, 2000
3.“Сборник лекций и задач по операционному и производственному менеджменту”, учебное пособие, Баку, 2014
4. “Oyunlar nəzəriyyəsinin bəzi tətbiqi yolları”, Elmi Xəbərlər, Qərb Universiteti, Bakı, 2015