Qərbi Kaspi Universiteti

Fakültələr

Elektron kommersiya

Elektron kommersiya rəqamsal iqtisadiyyatın bir sahəsi olaraq kompüter şəbəkələri vasitəsi ilə maliyyə və ticarət əməliyyatlarını və, eyni zamanda, bu əmliyyatların həyata keçirilməsi ilə bağlı biznes prosesləri özündə ehtiva edir. Geniş mənada elektron kommersiya informasiyanın elektron mübadiləsini, kapitalın elektron hərəkətini, elektron ticarəti, elektron pulları, elektron marketinqi, elektron bankçılığı və elektron sığorta xidmətlərtini nəzərdə tutur.