Qərbi Kaspi Universiteti

Fakültələr

Turizm bələdçiliyi

Proqram: Turizm bələdçiliyi üzrə bakalavr dərəcəsi

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: formal

Təhsil haqqı və faydalar:  PDF_fayl >

Təhsil proqramı:  PDF_fayl >

Tədris qrafiki:  PDF_fayl >

Matrix:  PDF_fayl >

Tədris planı 2023:  PDF_fayl >

Tədris dili: Azərbaycan, ingilis və rus dilləri

 Proqram tərkibi >

Turizm bələdçiləri milli və beynəlxalq bələdçilik xidməti vasitəsilə turizm sektorunda və turizm marketinqində, səyahət agentliklərində və turoperator şirkətlərində biliklərə yiyələnirlər. Onlar Azərbaycanın tarixi, coğrafiyası və turistik yerləri barədə məlumata sahib olurlar. Həmçinin, proqramda əsas iqtisadi anlayışlar və turizmin ölkə iqtisadiyyatına təsiri haqqında biliklər tədris edilir. Eyni zamandaç konqreslər, yarmarkalar və iclasların təşkili ilə bağlı məlumat əldə etmək, tələblərə profesionallıq səviyyəsində cavab verə bilmək və istəkləri yerinə yetirmək üçün xarici dildən istifadə edirlər. Proqram çərçivəsində effektiv kommunikasiya və təşkilat qabiliyyətləri gücləndirilir. Kompyuterlə yazışmaq, məlumatların saxlanması və saxlanılan məlumatlardan düzgün istifadə etmək, kompyuter paket proqramlarını idarə etmək üçün biliklər formalaşdırılır. Nəticədə bələdçilər yüksək səviyyədə iş görür, tənqidi düşünə bilir, çətin vəziyyətdə alternativ həll yolu axtarmağı bacarır və səfərə dair məlumatları düzgün analiz edə bilirlər. Bundan başqa, bələdçilər turizmə dair layihələr və tədbirlərə nəzarət etməyi də öyrənirlər. Turizm, mehmanxana və səyahət xidmətləri sahəsində əldə etdikləri bilik və bacarıqları yazılı və şifahi şəkildə ötürə bilirlər.

Əldə ediləcək bilik və bacarıqlar:

· İş yerində informasiya texnologiyalarından istifadə bacarığı;

· Turizm müəssisələrində idarəetmənin beynəlxalq və yerli ölçülərini anlamaq, müəssisənin daxili və xarici mühitini təhlil etmək bacarığı;

· Turizm sektorunun tələblərinə uyğun olaraq informasiya-kommunikasiya texnologiyaları və proqramlarından (Excel, Word, Power Point, Photoshop, SPSS, Stata, Python və s.) istifadə etmək bacarığı;

· Azərbaycanın turizm sahəsində strateji inkişaf məqsəd və prioritetlərini təhlil etmək və qiymətləndirmək bacarığı;

· Beynəlxalq turizm bazarlarında mövcud və potensial tendensiyaları anlamaq, müqayisə etmək və şərh etmək bacarığı.