İqtisadiyyat və Biznes Məktəbi
İqtisadiyyat və Biznes Məktəbi Qərbi Kaspi Universiteti yarandığı gündən fəaliyyət göstərir. Məktəbimiz tələbələrə yüksək səviyyəli təhsil verməklə, respublikamızın maraqlarını təmin edə biləcək mütəxəssislər yetişdirməklə Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına dəstək məqsədi güdür. Tələbələr üçün yüksək keyfiyyətli tədris və təlim mühiti yaradır. İqtisadiyyat məktəbi-universitetin ən aparıcı fakültəsi kimi mövqeyini hər keçən gün gücləndirir və ölkədə nüfuzunu artırır. Şəxsi və peşəkar sahədə yüksək standartlara nail olmaq üçün tam təminatlı iş qabiliyyətinə malik məzunlar yetişdirir.
Niyə bizim məktəb?
İqtisad səmərəli şəkildə istifadə və texniki olaraq istifadə edilə bilən ən güclü sosial elmdir. Bu özəlliyinə görə iqtisadiyyata "sosial elmlər kraliçası" də deyirlər. İstər dövlət, istərsə də özəl sektorda müxtəlif mütəxəssis və rəhbər vəzifələri üçün hər zaman və hər yerdə ən çox tələb olunan işçilər iqtisadiyyat məzunları olurlar. Yəni, hansı təşkilat olursa olsun, bizdən bir nəfər vardır. Planlaşdırma, koordinasiya, marketinq, bankçılıq, mühasibat, satınalma ... Deməli, bütün sosial, siyasi, mədəni, inzibati və maliyyə hadisələrinin iqtisadiyyatla bir bağlılığı vardır. Bu səbəbdən iqtisadiyyat, həm ölkədə, həm dünyada, həm də iş həyatında keçmişin və günümüzün qavranılmasında, sabahın qiymətləndirilməsində böyük önəm daşıyır. İqtisadiyyat elmi bizə günümüzün dinamik qloballaşma prosesində çoxlu alternativlər arasında “ən yaxşı”nı seçmək imkanını əldə etməyə imkan verir.
İqtisadiyyat və Biznes Məktəbində tələbələrin fəaliyyətlərini zənginləşdirmək məqsədilə dərsdən sonra dərnəklər təşkil olunur. Tələbələrin maraq dairəsini genişləndirən, gələcək planları, arzu və istəklərini reallaşdırmaq məqsədi ilə yaradılan bu dərnəklər könüllüdür. Hər bir dərnəyə bir müəllim rəhbərlik edir. Tələbələrlə öncədən müəyyən edilmiş görüş günləri onların istəyinə uyğun olaraq təşkil edilir. Mövzular dərslərdən əlavə, tələbələrin maraqlarına uyğun olaraq seçilir. Vaxt məhdudiyyəti yoxdur. Dərnəklərdə mövzu ətrafında fikir mübadilələri, müzakirələr imkan verir ki, müəllimlər tələbələri daha yaxından tanısın, onları kəşf etsin, gərəkli olduqca yön verə bilsin. Bu dərnəklərin əsas məqsədi tələbələrin normal təhsil prosesi zamanı ortaya çıxan fərqli sahələrdəki maraq və qabiliyyətlərinin inkşafına şərait yaratmaqdır.
Dərnəklərin məqsədi:
- gələcəyin qurucusu olan tələbələrə və abituriyentlərə həyatda öz yerlərini tutmaları üçün yardım etmək,
- Azərbaycanın və dünyanın əmək bazarında çalışa biləcək yüksək ixtisaslı kadrlar hazırlamaq,
- müasir cəmiyyətdə baş verən bütün iqtisadi yenilikləri vaxtında və dəqiq olaraq onların nəzərinə çatdırmaqdan ibarətdir.
Dərnəklərin adı:
- Sahibkarlıq əlifbası
- Gələcəyin rəhbərləri
- Mən mühasibəm
- İstehlakçıların gənclər birliyi
- Pulu necə qazanmalı
- Şəhərimizi tanıtdıraq
- Gənc bankir
Məktəb xarici ölkələrdə təhsil almış, iqtisadiyyatın aparıcı sahələrində çalışan mütəxəssislərdən ibarətdir. Bununla yanaşı xarici ölkələrin aparıcı ali təhsil ocaqlarından dəvət olunmuş professor-müəllimlər tədris prosesinə cəlb olunurlar.
Məktəb beynəlxalq, Erasmus Mundus, Mövlanə, Beynəlxalq Visegrad Fondu və digər beynəlxalq proqramlar çərçivəsində xarici əməkdaşlar ilə birlikdə bir sıra layihələrdə iştirak edir.
İqtisadiyyat məktəbinin müasir kompüter, internet mərkəzi və elmi kitabxana mərkəzi var. Universitetdə müxtəlif tədris kursları fəaliyyət göstərir. Həmçinin məktəb tələbələrə Erasmus Mundus, Mövlana və digər beynəlxalq proqramlarda iştirak etmə imkanını yaradır.
Kafedralar
Akademik heyət
Bakalavr səviyyəsi üzrə
Magistratura səviyyəsi üzrə
Doktorantura səviyyəsi üzrə
- Maliyyə Mühasibat uçotu
- Menecment kafedrası
- Sahə iqtisadiyyatı
- Turizm və sahələr iqtisadiyyatı
- Ümumi iqtisadiyyat
- Səfər Pürhani - Professor, İqtisad elmlər doktoru, Turizm və sahələr iqtisadiyyatı kafedrasının müdiri
- Afaq Həsənova - Riyaziyyat üzrə fəlsəfə doktoru, Ümumi iqtisadiyyat kafedrasının müdiri
- Gülnarə Hacıyeva - İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent
- Nizami Xudiyev - Professor, İqtisad elmlər doktoru
- Əşrəf Həsənov - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Rasim Abbasov - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Natiq Qurbanov - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Mansur Mədətov - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Azər Hüseynov - Texnika elmləri üzrə fəlsəfə doktoru
- Məmmədrzayev Məmmədəli - Müəllim
- Ramil Quliyev - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Samirə Cəbrayilova - Müəllim
- Rauf Quşxani - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Əmirxan Paşayev - Doktorant
- Cavanşir Hacıyev - İqtisad elmləri namizədi
- Hicran Rzazadə - Müəllim
- Nizami Hüseynov - Müəllim
- Həmid Əlizadə - Müəllim
- Nigar Bağırova - Müəllim
- Xanım Ağayeva - Müəllim
- Murad Əlili - Müəllim
- Elşən Orucov - Müəllim
- Şahzadə Mədətova - Müəllim
- Miryusif Cavadzadə - Müəllim
- Aynur Axundlu - Müəllim
- Kəmalə Hüseynova - Müəllim
- Günel İsmayılzadə - Müəllim
- Gülnarə Nuriyeva - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Günay Teymurova - Müəllim
- Leyla Atakişiyeva - Müəllim
- Mir Murad Sadıxov - Müəllim
- Beynəlxalq ticarət və logistika
- Biznesin idarə edilməsi
- Davamlı inkişafın idarə edilməsi
- Dövlət və bələdiyyə idarəetməsi
- İqtisadiyyat
- Maliyyə
- Marketinq
- Menecment
- Mühasibat
- Turizm bələdçiliyi
- Turizm işinin təşkili
- Beynəlxalq turizm və ölkəşünaslıq
- Biznesin idarə edilməsi (MBA proqramı çərçivəsində) - İkili diplom
- Biznesin təşkili və idarə edilməsi
- Biznesin təşkili və idarə edilməsi (MBA proqramı çərçivəsində)
- Biznesin təşkili və idarəedilməsi(turizm və otelçiliyin idarə edilməsi üzrə)
- Elektron kommersiya
- İnnovasiyaların və layihələrin idarə olunması
- İqtisadiyyatın hüquqi tənzimlənməsi
- Maliyyə nəzarəti və audit