Marketinq
Proqram: Marketinq
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani / qiyabi
Təhsil haqqı və güzəştlər: PDF_fayl >
Təhsil proqramı: PDF_fayl >
Tədris qrafiki(qiyabi): PDF_fayl >
Tədris qrafiki(əyani): PDF_fayl >
Matrix: PDF_fayl >
PTN: PDF_fayl >
Tədris planı 2023: PDF_fayl >
Tədris planı(qiyabi) 2023: PDF_fayl >
Təlim dili: Azərbaycan, ingilis və rus dili
Marketinq üzrə bakalavr dərəcəsi üzrə təhsil alan tələbələr ciddi analitik və tədqiqat işlərinin aparılması, potensial istehlakçıların ehtiyaclarını və bazarda rəqiblərinin davranışlarının öyrənilməsi, idarə etmə, reklam və təşviqetmə işinin öyrənilməsi, strateji, iqtisadi və əməliyyat planlaşdırması üçün əsas bacarıqlara yiyələnirlər. Marketinq sisteminin tərkib hissəsi olan iqtisadiyyat, riyaziyyat və İdarəetmə sahələrinə bu təhsil proqramı çərçivəsində böyük diqqət yetirilir. Həmçinin tənqidi düşüncə, problemlərin həlli, təhlili və şəxsiyyətlərarası münasibətlərlə bağlı bacarıqların inkişaf etdirilməsinə xüsusi diqqət ayrılır.
Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.
Təhsilini uğurla başa çatdıran məzunlar yerli və beynəlxalq şirkətlərdə, reklam şirkətlərdə, iqtisadi strukturlarda, banklarda, konsaltinq, sığorta şirkətləri və korporasiyalarda fəaliyyət göstərə bilərlər.